Stolüstü tennisçilərimiz beynəlxalq yarışda iştirak edəcəkl

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda iştirak edəcəkl

Stolüstü tennis üzrə komandamız Batumidə təşkil olunan "WTT Youth Contender” turnirində iştirak edəcək. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən mlumata görə, komandamız bu məqsədlə Gürcüstana yollanıb. Yarışda 10 idmançı bacarığını nümayiş etdirəcək. Beynəlxalq turnirdə baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə, Tunar Bağırov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova, Yağmur Məmmədli və Şəbnəm Mansurova etimadı doğrultmağa çalışacaq. Beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.