Çimərlik voleybolu üzrə komandamız EEVZA çempionatında iştirak edəcək

Çimərlik voleybolu üzrə komandamız EEVZA çempionatında iştirak edəcək

Azərbaycanın çimərlik voleybolu komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, voleybolçular beynəlxalq yarışda iştirak etmək üçün bu gün Gürcüstana yollanıblar.

Sentyabrın 26-dan 29-dək Tbilisi şəhərində keçiriləcək yarışda ölkəmizi 1 kişi komandası (Heydər Məmmədli - Nəriman Bayramlı) təmsil edəcək.

Qeyd edək ki, çempionat iştirakçıları FIVB reytinq xalları qazanacaqlar.