Olimpiya çempionu federasiya prezidenti seçilib 

Olimpiya çempionu federasiya prezidenti seçilib 

ABŞ Voleybol Federasiyasına yeni prezident seçilib. Bu vəzifəyə 2013-cü ildən etibarən kişilərdən ibarət milli komandaya rəhbərlik edən Con Sperou təyin edilib. Onun bu vəzifəsi ilə məşqçilik fəaliyyətinin paralel davam edəcəyi hələki məlum deyil.

“Mənim ABŞ komandası ilə yolum 1997-ci ildə Dünya Universitet Oyunları zamanı kəsişib. Həmin vaxt köməkçi məşqçi kimi fəaliyyət göstərirdim. İndi mənə ABŞ Voleybol Federasiyasına rəhbərlik etmək tapşırığı verilib. Bu böyük şərəfdir”, - deyə  o, yerli federasiyanın rəsmi saytına verdiyi müsahibədə bildirib.    

Məlumat üçün bildirək ki, ABŞ-ın kişilərdən ibarət komandası Con Sperounun rəhbərliyi altında Rio-2016 və Paris-2024 Olimpiadasında, eləcə də 2015-ci il Dünya Kubokunda bürünc medallar qazanıb. Bundan başqa, o, 2008-ci il Pekin Olimpiadasında amerikalıların qələbəsində baş məşqçinin köməkçisi kimi pay sahibi olub.