Təmsilçimiz Şərqi Avropa çempionatında yarışacaq

Təmsilçimiz Şərqi Avropa çempionatında yarışacaq

Aprelin 12-də Rusiyanın Ufa şəhərində pouerliftinq üzrə Şərqi Avropa çempionatı keçiriləcək. Rusiya Milli Pauerliftinq Assosiasiyasının təşkil etdiyi yarışda ölkəmizi İbrahim İbrahimov təmsil edəcək. Yarışın reqlamentinə görə idmançılar üç - 90, 110 və 110 kq-dan yuxarı çəki dərəcələrində güclərini sınayacaqlar. Çempionatın mütləq mükafat fondu 10 min avrodur.