Neymar "Barselona"ya qayıdır

Neymar "Barselona"ya qayıdır

"Əl-Hilal"ın braziliyalı hücumçusu Neymar gələn yay "Barselona"ya qayıda bilər. Sport.es xəbər verir ki, o, Kataloniya təmsilçisinin transfer siyahısında ikinci yerdə qərarlaşıb.

Mənbənin məlumatına görə, “Barselona”nın əsas hədəfi “Mançester Siti”nin futbolçusu Erlinq Haalanddır. Əgər "Barselona" norveçli futbolçu ilə razalışa bilməsə, hücum xəttini Neymarla gücləndirəcək. Məlumat üçün bildirək ki, Neymar gələn yay azad agent statusu alacaq. Belə olduğu təqdirdə, "Barselona" onu pulsuz olaraq heyətə cəlb edə biləcək.

Qeyd olunur ki, Neymar 2026-cı ildə keçiriləcək dünya çempionatında Braziliya millisinin heyətində yer almaq istəyir. 32 yaşlı futbolçunun "Barselona"ya keçidi onu dünya çempionatı üçün yaxşı formada saxlaya bilər.