CEV-in İdarə Heyətinin ilk iclası keçirilib

CEV-in İdarə Heyətinin ilk iclası keçirilib

Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin ilk iclası keçirilib.

Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən verilən məlumata görə, videotoplantı şəklində keçən tədbirdə AVF-nin prezidentinin müşaviri, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak edib.

İclasda 2024-2028-ci illərdə fəaliyyət göstərəcək CEV komissiyalarının tərkibi müəyyənləşib. AVF-nin 3 namizədi - federasiyanın həkimi Vüsalə Kazımova Avropa Tibb Komissiyasına, İdarə Heyətinin üzvü Elqar Bağırov Avropa Çimərlik Voleybolu Komissiyasına, Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli isə Maliyyə Komissiyasına üzv seçiliblər.

Həmçinin toplantıda Zonal Assosiasiyaların inkişafı və əməkdaşlıqların gücləndirilməsi üzrə CEV-in işçi qrupu da müəyyənləşib. Seçilənlər sırasında AVF prezidentinin müşaviri, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərov da yer alır.