Yığmamız dünya çempionatında mübarizəni dayandırdı

 Yığmamız dünya çempionatında mübarizəni dayandırdı

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatı ilə vidalaşıb. Sahib Məmmədovun başçılıq etdiyi yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin 13:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi mübarizəni dayandırıb.