Batut üzrə Azərbaycan yığması Çexiyanın Yablunitse nad Nisou şəhərində keçirilən beynəlxalq turnirdə 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.
Yeniyetmələr arasında yarışda Ammar Baxşəliyev qalib gəlib. O, həmçinin Əli Niftəliyevlə birlikdə sinxron tullanmada da birinci yeri tutub. Ə.Niftəliyev fərdi birincilikdə isə ikinci olub.
Uşaqlar arasında keçirilən yarışda Ömər Qasımlı və Fərhad Mustafayev gümüş medal qazanıblar. Ö.Qasımlı fərdi birincilikdə də eyni nəticəni göstərib.
Böyüklər arasında keçirilən yarışda isə sinxron tullanmada Nicat Mirzəyev və Hüseyn Abbasov bürünc medal qazanıblar.