Sərbəst güləşçimiz FİLA reytinqində ikincidir

Sərbəst güləşçimiz FİLA reytinqində ikincidir



Beynəlxalq Güləş Federasiyası (FİLA) 2013-cü ilin yekunlarına əsasən sərbəst və qadın güləşi üzrə illik reytinq siyahısını açıqlayıb.
Sevindirici haldır ki, FİLA-nın ən güclü idmançılarının yer aldığı siyahıda Azərbaycan pəhləvanlarının da adları var.Sərbəst güləş üzrə reytinq siyahısına 10 pəhləvanımızın adı daxil edilib. Təmsilçilərimizdən ən yaxşı göstərici Xetaq Qazyumova məxsusdur. O, 96 kq çəki dərəcəsində reytinq siyahısının ikinci pilləsində qərarlaşıb. Siyahıda digər idmançılarımız Yaşar Əliyev (55 kq, 11-ci yer), Əhmədnəbi Qvarzatilov (60 kq, 10-cu yer), Hacı Əliyev (60 kq, 11-ci yer), Ağahüseyn Mustafayev (66 kq, 11-ci yer), Cəbrayıl Həsənov (74 kq, 9-cu yer), Əşrəf Əliyev (74 kq, 13-cü yer), Aleksandr Qostiyev (84 kq, 8-ci yer), Şərif Şərifov (96 kq, 8-ci yer) və Cəmaləddin Məhəmmədov (120 kq, 8-ci yer) da yer alıblar.