Bolqarıstanın “Vasil Levski” adına Milli İdman Akademiyasının professoru və idmançısı Daniela Daşova Milli Gimnastika Arenasında Azərbaycanın gimnastika məşqçiləri üçün seminar keçib.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Seminar zamanı professor müasir gimnastika metodları, məşq prosesində diqqət yetirilməsi vacib olan nüanslar və beynəlxalq yarışlara hazırlıq mövzularında dəyərli bilik və təcrübələrini bölüşüb.
Bu seminar ölkəmizdə bədii gimnastika sahəsində çalışan məşqçilərin peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, Azərbaycan gimnastikasının gələcək uğurlarına dəstək məqsədi daşıyır.