İngiltərənin “Mançester Yunayted” komandası baş məşqçisi Erik ten Haq ilə yollarını ayırıb.
Niderlandlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Qırmızı şeytanlar” Erik ten Haqın rəhbərliyi altında bu mövsüm İngiltərə Premyer Liqasında 11 xalla 14-cü sırada qərarlaşıb.