Şumaherin vəziyyəti normaldır, amma...

Şumaherin vəziyyəti normaldır, amma...

"Formula-1” yarışlarının 7 qat dünya çempionu Mixael Şumaher Qrenobl xəstəxanasında müalicə olunur. Qeyd edək ki, məşhur avtoyürüşçü dekabrın 29-da Fransanın Meribel şəhərində xizək sürərkən ciddi zədə alaraq komaya düşmüşdü. Hazırda Şumaherin vəziyyəti sabit olsa da, ciddiliyini saxlayır. Onu müalicə edən həkimlər idmançının beyninin hansı hüceyrələrinin zədələndiyini, hansı hüceyrələrinin isə fəaliyyət göstərdiyini müəyyən etməyə çalışırlar.