Klaudio Ranyeri yenidən "Roma"da

Klaudio Ranyeri yenidən "Roma"da

İtaliyanın “Roma” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Paytaxt təmsilçisinin baş məşqçi vəzifəsi Klaudio Ranyeriyə həvalə edilib. İtaliyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa verən İvan Yuriçi əvəzləyib.

Mütəxəssis mövsümün sonunda klubda rəhbər vəzifələrdən birini tutacaq.

Qeyd edək ki, Klaudio Ranyeri 2009-2011-ci və 2019-cu illərdə də “Roma”da işləyib.