Göyçay idmançıları ötən ili yüksək nəticələrlə başa vurublar

Göyçay idmançıları ötən ili yüksək nəticələrlə başa vurublar

Göyçay rayonunda gənclərin sağlamlığının qorunması, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür.
Bu rayonda hazırda 5 min 390 gənc müntəzəm olaraq idmanla məşğuldur. Rayon idmançılarından 3253 nəfəri 2013-cü ildə Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Göyçayda, paytaxtda və ölkənin digər bölgələrində, habelə xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda iştirak ediblər. Göyçay idmançıları ümumilikdə 81 idman yarışında mübarizə aparıblar. Həmin idmançılardan 492-si qızıl, gümüş və bürünc medala sahib çıxıb. Rayonun 57 idmançısı müxtəlif turnirlərdə yüksək səviyyədə çıxış edərək birinci dərəcə normasını yerinə yetirib.
Hazırda rayonda bir Olimpiya İdman Kompleksi, bir kompleks idman qurğusu, iki stadion, 32 idman zalı, 128 sadə idman meydançası, bir üzgüçülük hovuzu, 3 trenajor zalı, bir idman klubu, 3 Uşaq-Gənclər İdman Məktəbi fəaliyyət göstərir.