Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 41 komandanın qatıldığı yarışın üçüncü günündə 7 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.
Qələbə qazananlar mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Milli komandanın liderləri çətinlik çəkmədən yarımfinala yüksəliblər. Həsən Məlikov, Tural Sarıyev, Sərxan Əliyev, Murad Allahverdiyev və Məhəmməd Abdullayev dekabrın 19-da final a vəsiqə uğrunda döyüşəcəklər.