AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib

AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib.

Üç gün davam edən məşğələlərdə assosiasiyanın Təhsil Proqramının rəhbəri Aslan Kərimov, təlimatçı Osman Rəhimov və UEFA təlimatçısı Frits Şmid iştirak ediblər.

Kursda həmçinin Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə iştirakçılara antidopinqlə bağlı məlumat verib.