Rəşad Eyyubov futbol üzrə Azərbaycan milli komandasının məşqçisi təyin olunub.
AFFA-dan verilən məlumata görə, o, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Onunla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.