Fransa millisinin baş məşqçisi Didye Deşamın 2026-cı ildə millini tərk etmək qərarını verib. Bu barədə “LEquipe” nəşrinin baş redaktor müavini Jan-Filip Lekler yanvarın 8-də məlumat yayıb. “Deşamın açıqlaması sürpriz oldu. O, Fransa millisinin ən yaxşı məşqçisidir. İnsanlar millinin üslubundan, taktikasından bezib. Azarkeşlərin böyük əksəriyyəti indi Zidanın bu vəzifəni tutmasını səbirsizliklə gözləyir”, - Lekler bildirib.
Qeyd edək ki, 56 yaşlı Didye Deşamın rəhbərlik etdiyi Fransa millisi 2018-ci ildə dünya çempionatının, 2021-ci ildə isə Millətlər Liqasını qalibi olub.