İndoneziya millisinə yeni baş məşqçi təyin olunub

İndoneziya millisinə yeni baş məşqçi təyin olunub

Niderlandlı mütəxəssis Patrik Kluivert İndoneziya millisinin yeni baş məşqçisidir. Bu barədə İndoneziya Futbol Assosiasiyasının rəsmi saytı rəsmi məlumat yayıb. 48 yaşlı Kluivertlə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Xatırladaq ki, o, futbolçu karyerasında məşqçilikdən daha çox nailiyyət əldə edib. Futbolçu kimi UEFA Çempionlar Liqasının, Niderland və İspaniya çempionu olub.