İngiltərədən ayrılıb, İtaliyaya gəlir

İngiltərədən ayrılıb, İtaliyaya gəlir

"Mançester Yunayted"in hücumçusu Markus Reşford böyük ehtimalla karyerasını İtaliyada davam etdirəcək. İtaliyalı jurnalist və insayder Canluka Di Marzionun yazdığına inansaq, 27 yaşlı futbolçu “Milan” tərəfindən icarəyə götürüləcək. Bildirilir ki, Reşfordun agenti danışıqların son mərhələsi üçün artıq Milana gəlib.

Xatırladaq ki, Premyer Liqanın cari mövsümündə Reşford 15 matçda 4 dəfə fərqlənib.