Jorj Gelzek: Azərbaycanda I Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək

Jorj Gelzek: Azərbaycanda I Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək


Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek ölkəmizdə səfərdədir. Bu onun Azərbaycana ilk səfəri deyildir.
Avropa Gimnastika Federasiyasının prezidenti deyib: "Mən Azərbaycana bir neçə dəfə gəlmişəm. Bakıya sonuncu dəfə bir neçə ay əvvəl birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar gəlmişdim. Onda biz Milli Olimpiya Komitəsi ilə danışıqlar aparmışdıq. Hazırkı səfərimin məqsədi Milli Olimpiya Komitəsində görüşlər keçirmək, eləcə də ötən dövrdə baş vermiş dəyişikliklərlə tanış olmaqdır. Heç şübhəm yoxdur ki, Azərbaycanda Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcəkdir”.
J.Gelzek Azərbaycanda bədii gimnastikanın güclü inkişafını qeyd edərək bildirib ki, o bu inkişafın axarında gələcəyə inamla baxa bilər. Federasiyanın prezidenti deyib: "Bu il Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı da özlüyündə 2015-ci ilin Avropa Oyunlarına hazırlıq hesab olunacaq, eyni zamanda, Azərbaycanda bədii gimnastikanın inkişafına böyük töhfə verəcəkdir”.