"Sky Sports" telekanalının mütəxəssisləri 2025-ci ildə Formula 1 çempionluğuna namizədlərin adını açıqlayıb. Siyahıda yeddiqat F1 çempionu və "Ferrari"nin yeni pilotu Lyuis Həmilton bir səs belə qazanmayıb. Müzakirələrdə ən çox səsi "McLaren"in pilotu Lando Norris toplayıb.
2025-ci ildə Formula 1 çempionatına əsas namizədlər
(solda ekspertlər, sağda isə sürücülər):
Niko Rosberq - Lando Norris ("McLaren");
Danica Patrik - Lando Norris ("McLaren");
Entoni Devidson - Lando Norris ("McLaren");
David Croft - Maks Ferstappen ("Red Bull Rasinq");
Martin Brundl - Corc Rassel ("Mercedes");
Ted Kravitz - Şarl Lekler ("Ferrari")