İdmanımızın zeniti

İdmanımızın zeniti

Ölkə idmançılarının yüksək nailiyyətlər qazanmasında xidmətləri olan cəmiyyətlərdən biri də "Zenit” idman cəmiyyətidir. İdman ocağının yetirmələri dəfələrlə beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutmaqla Azərbaycanın bayrağını yüksəklərə qaldırıblar. 

Geridə qoyduğumuz 2012-ci ili bu cəmiyyətin idmançıları üçün uğurlu hesab etmək olar. Belə ki, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə idman cəmiyyətinin sərbəst güləşçisi Ayaz Abdullayev 54 kq çəki dərəcəsində III yeri tutub. Sərbəst güləşçilərin uğurları bununla yekunlaşmayıb. Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən güləşçilərdən Cəbrayıl Həsənov gümüş medal qazanıb. Bu yarışdlan sonra cəmiyyətin idmançıları boks üzrə Azərbaycan birinciliyində qüvvələrini sınayıblar. Bu yarışda isə 46 kq çəki çəki dərəcəsində çıxış edən Elməddin İsmayılov II yerlə kifayətlənib.
Cüdo üzrə tələbələr arasında keçirilən respublika universiadasında Səməd Qasımov 81 kq çəki dərəcəsində III yerə sahib olub. Sərbəst güləş üzrə Almaniyada keçirilən yarışda isə Eldar Həsənov (46 kq) turnirin qızıl medalına yiyələnib. Bu turnirdən sonra isə "Zenit” idman cəmiyyətin boksçuları yeniyetmələrin VIII Respublika oyunlarında yarışıblar. Bu yarışda Qulam Əsgərov (56 kq) və Həci Dibazov (65 kq) qalib adını qazanıblar.

Sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə Fuad Nəsirli bütün rqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bu turnirdən sonra "Zenit”in yetirmələri daha bir nüfuzlu turnirdə - Dünya kuboku uğrunda keçirilən yarışda qüvvələrini sınayıblar. 66 kq çəki dərəcəsində çıxış edən Cəbrayil Həsənov Dünya kuboku mükafatını qazanıb. Yeniyetmələr arasında sərbəst güləş üzrə təşkil olunan unan-Roma güləşçiləri də yeniyetmələr arasında təşkil olunan Azərbaycan birinciliyində mübarizə aparıblar. Yunan-Roma güləşçilərindən Murad Məmmədov (58 kq) və İslam Abbasov (76 kq) çempion tituluna yiyələniblər. 58 kq çəkidə yarışan digər güləşçi Cavid Ələkbərzadə isə III yeri tutub. Gənclər arasında keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyində Ceyhun Əliyev 66 kq çəki dərəcəsində bütün rəqiblərini üstələməyi bacarıb. Bu idman ocağının digər pəhləvanları 1 gümüş, 3 bürünc medallara sahib olublar. Gənclər arasında keçirilən sərbəst güləşçilərin yarışında Ruslan Qasımov (50 kq) birinci, Fuad Nəsirli (55 kq) isə ikinci yerə layiq görülüblər. Taekvondo üzrə keçirilən yeniyetmələrdən ibarət Azərbayan birinciliyində 45 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Həsənli çempianatın baş mükafatına sahib olub. Bu turnirdən sonra "Zenit” idman cəmiyyətinin yunan-Roma güləşçisi Ceyhun Əliyev gənclər arasında təşkil olunan Avropa birinciliyində bütün rəqiblərini məğlub edərək Avropa birincisi adını qazanıb. Yeniyetmələr arasında keçirilən Avropa birinciliyində isə İslam Abbasov 76 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub. Bu idman ocağının yetirmələri növbəti sınağa Asiya ölkələrinin birinciliyində çıxıblar. Sözügedən yarışda təmsilçimiz Turxan Qurbanov yarışın qalibi adını qazanıb. Londonda təşkil olunan XXX Yay Olimpiya Oyunlarında "Zenit” idman cəmiyyətindən bir idmançı - Cəbrayil Həsənovda iştirak edib. O, yarışları V pillədə başa vurub. Yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya birinciliyi də bu idman ocağının yetirmələri üçün uğurlu olub. Bir neçə ay əvvəl gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olmuş Ceyhun Əliyev (66 kq) bu dəfə də rəqiblərinə şans verməyib.
Sumo güləşi üzrə kadetlər arasında təşkil edilən Avropa birinciliyində Ramin Məsməliyev 66 kq çəkidə qızıl medal qazanıb. Məktəblilər arasında keçirilən boks üzrə Avropa birinciliyi də "Zenit” idmançısı üçün uğurlu olub. Belə ki, dəri əlcək ustası Həci Dibazov 65 kq çəki dərəcəsində çempion tituluna sahib çıxıb. Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında respublika birinciliyi də bu idman ocağının yetirmələri üçün yaddaqalan olub. İdman ocağının pəhləvanlarından biri qızıl, digəri isə gümüş medal əldə edib. Bu yarışda çıxış edən yunan-Roma güləşçisi İslam Abbasov 76 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Sərbəst güləş üzrə Gənclər arasında təşkil olunan "Hünər meydanı” respublika turnirində Fuad Nəsirli 55 kq çəkidə turinirin qalibi adını qazanıb. Bu cəmiyyətin digər yetirməsi Ayaz Abdullayev 50 kq çəki dərəcəsində III yerə layiq görülüb. Anoloji turnirdə yunan-Roma güləşçiləri də məharətlərini göstəriblər. Burada cəmiyyətin idmançıları 1 qızıl, 1 gümüş, 2 bürünc medala sahib çıxıblar. Bu yarışlar başa çatdıqdan sonra isə "Zenit” idman cəmiyyətinin təmsilçiləri respublika turnirində mübarizəyə qoşulublar. Bu yarışda cəmiyyətin iki üzvü medalçılar sırasına düşməyi bacarıb. Sərbəst güləş üzrə keçirilən kadetlər arasında respublika oyunlarında Rafael Mərdanlı (85 kq) yarışın qalibi adını qazanıb. Rafaelin uğurları bununla yekunaşmayıb. Belə ki, o, Tovuzda təşkil olunan Məktəblilərin Respublika oyunlarında da fəxri kürsünün ən yüksək pilləsində yer almağı bacarıb. Ukraynanın Aztomsk şəhərində keçirilən beynləxalq turnirdə cəmiyyətin idmançısı Ağasif Eyniyev (48 kq), Elməddin İsmayılov (54 kq) və Şükran Mehdiyev (80 kq) bürünc medallara yiyələniblər. Ötən ilin sonlarına yaxın bu idman cəmiyyətinin pəhləvanları Azərbaycan çempionatında yarışıblar. Burada çıxış edən Cəbrayil Həsənov bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adına layiq görülüb. Taekvondo üzrə Azərbaycan çempionatında isə Xosrov Əhmədov (80 kq) gümüş medala yiyələnib. Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında keçirilən dünya birinciliyində "Zenit”in İslam Abbasov (76 kq) növbəti dəfə dünya birinciliyinin qalibi adını qazanıb.