Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına start verilib. İlk oyun günündə dörd qarşılaşma təşkil olunub. Meydana əvvəlcə “Milan” (İtaliya) və “Feynord” (Niderland) komandaları çıxıb. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyun Niderland təmsilçisinin - 0:1 hesabı ilə başa çatdığına görə “Milan” mübarizəni dayandırıb.
Günün digər oyunlarında Belçikanın “Brügge” klubu səfərdə İtaliyanın “Atalanta” klubunu 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Bu komandalar arasında ilk oyun Belçika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Almaniyanın “Bavariya” klubu isə doğma meydanda “Seltik”lə heç-heçə edib. Bundestim ilk oyunda qazandığı 2:1 hesablı qələbə sayəsində 1/8 finala vəsiqə əldə edib. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) görüşündə də heç-heçə qeydə alınıb. Lakin “Benfika”nın ilk oyunda qazandığı minimal hesablı qələbə (1:0) portuqaliyalıları növbəti mərhələyə daşıyıb.
1/8 finala yüksələn daha 4 komandanın adına bu gün aydınlıq gələcək.