"Zirə" və "Birbaşa Bakı" Azərbaycan çempionatının finalında üz-üzə gələcək 

"Zirə" və "Birbaşa Bakı" Azərbaycan çempionatının finalında üz-üzə gələcək 

Minifutbol üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinə yekun vurulub. Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iki oyundan ibarət olan bu mərhələdə “Zirə” komandası “Aznur”dan üstün olub -4:2 (ilk matç - 2:0). "Birbaşa Bakı" kollektivi isə "Qalaksi"ni 3:0 (ilk matç - 2:1) hesabı ilə üstələyərək həlledici mərhələyə vəsiqə qazanıb.

Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında təşkil olunub.

Qeyd edək ki, "Zirə" və "Birbaşa Bakı" komandaları arasında final görüşü martın 11-də keçiriləcək.