Avropa Liqasında 1/8 finala vəsiqə qazanacaq komandalar müəyyənləşəcək 

Avropa Liqasında 1/8 finala vəsiqə qazanacaq komandalar müəyyənləşəcək 

Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma meydanda Niderlandın “AZ Alkmaar” klubunu qəbul edəcək, "Fənərbağça" isə Belçikada "Anderlext"in qonağı olacaq. İlk oyunda 1:4 hesabı ilə uduzan “cim-bom”un 1/8 final şansları elə də yüksək qiymətləndirilmir. Evdə rəqibini 3 cavabsız qolla məğlub edən “Fənərbağça” isə növbəti mərhələnin bir addımlığındadır.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

20 fevral

21:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:1

21:45. FKSB (Rumıniya) - PAOK (Yunanıstan)

İlk oyun - 2:1

21:45. "Qalatasaray" (Türkiyə) - "AZ Alkmaar" (Niderland)

İlk oyun - 1:4

21:45. "Budyo-Qlimt" (Norveç) - "Tvente" (Niderland)

İlk oyun - 1:2

00:00. "Real Sosyedad" (İspaniya) - "Midtüllann" (Danimarka)

İlk oyun - 2:1

00:00. "Anderlext" (Belçika) - "Fənərbağça" (Türkiyə)

İlk oyun - 0:3

00:00. "Ayaks" (Niderland) - "Union" (Belçika)

İlk oyun - 2:0

00:00. "Viktoriya Plzen" (Çexiya) - "Ferentsvaroş" (Macarıstan)

İlk oyun - 0:1.