UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub. Təşkil olunan son dörd qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 4 komandanın adına aydınlıq gəlib. Bunlar “Borussiya”, (Almaniya), "Real", PSJ (Fransa), və PSV (Niderland) klublarıdır.
Pley-offun ilk cavab qarşılaşmalarından sonra “Feyenoord”, “Brügge”, “Bavariya” və “Benfika” komandaları da 1/8 vinala vəsiqə əldə etmişdilər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
“Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun - 3:0
“PSJ” (Fransa) – “Brest” (Fransa) 7:0
İlk oyun - 3:0
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:1
İlk oyun - 3:2
PSV (Niderland) – “Yuventus” (İtaliya) 3:1
İlk oyun - 1:2