Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIV turun oyunlarına start veriləcək. İlk oyun günündə bir qarşılaşma təşkil olunacaq. “Neftçi” klubu doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. “Neftçi Arena” təşkil olunacaq oyun saat 19:00-da başlayacaq.
Hazırda Bakı klubu turnir cədvəlində 24 xalla 6-cı, Sumqayıt təmsilçisi isə 22 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri fevralın 22 və 23-də oynanılacaq.