Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində növbəti oyununu keçirəcək. B Liqasının 4-cü qrupunda yer alan yığmamız mərhələnin ikinci oyununda Albaniya seçməsi ilə üz-üzə gələcək. Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim Martina Molinaro idarə edəcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.