Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçimiz 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb.
Son turdakı qələbədən sonra E.Səfərli xalını 8,5-ə çatdırmaqla birinci yeri tutub.