Atletika üzrə milli komandamızın üzvü Rüstəm Məmmədov Niderlandın Apeldorn şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Üçtəkanla tullanma növü üzrə Balkan çempionu olan idmançımız qitə yarışında qüvvəsini sınayacaq. Avropa çempionatı martın 6-dan 9-dək keçiriləcək.