İspaniya La Liqasında XXVI turun daha bir oyunu keçirilib. Çempionluq uğrunda mübarizəsi aparan "Barselona" klubu doğma azarkeşlər önündə "Real Sosyedad" klubunu qəbul edib. Oyun kataloniyalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində xallarını 57-yə çatdıran "Barselona" klubu turnir cədvəlində vahid lider olub. Hansi Flikin komandası ən yaxın izləyicisi "Atletiko Madrid"i bir xal qabaqlayır.
"Barselona" yenidən liderliyi ələ keçirdi
