Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
O, Konfrans Liqasının 1/8 final mərhələsində Yunanıstanda "Panatinaikos" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma martın 6-da təşkil olunacaq.