Azərbaycan atleti Lamiyə Vəliyeva Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Lamiyə Vəliyevanın heyətində yer aldığı komanda 4x200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə 1-ci yeri tutub.
Bundan əlavə, milli üzvü 400 metr məsafəyə qaçışda 55.78 saniyə nəticə ilə Azərbaycan rekordunu yeniləyib.