Futbol üzrə Misli Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Zirə" klubu səfərdə "Turan Tovuz"la qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən oyun qəsəbə təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb -0:2.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 42 xalla 4-cü, "qartallar" isə 48 xalla ikinci pillədə yer alıb.