Misli Premyer Liqası: Qonşu pillələrdə yer alan komandaların mübarizəsində qalib müəyyənləşmədi

Misli Premyer Liqası: Qonşu pillələrdə yer alan komandaların mübarizəsində qalib müəyyənləşmədi

Misli Premyer Liqasının XXV turun daha bir oyunu keçirilib. "Sabah" klubu “Bank Respublika Arena”da "Araz-Naxçıvan" kollektivli ilə qarşılaşıb. Qarşılıqlı qolların vurulduğu oyunda qalib müəyyənləşməyib -2:2. Meydan sahiblərinin heyətində Xəyal Əliyev (7) və Sofian Çakla (64) adını tabloya yazdırıb. Qonaq komandadan isə Bernardo Diasla (12) Ülvi İsgəndərov (72) dəqiq zərbə müəllifi olublar.

Heç-heçədən sonra "Araz-Naxçıvan" turnir cədvəlində 46 xalla dördüncü, "Sabah" isə 34 xalla beşincidir.