D kateqoriyalı məşqçi kursları başa çatdı

D kateqoriyalı məşqçi kursları başa çatdı

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

 AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurs 3 gün davam edib.

Kursun son günündə iştirakçılara müvafiq lisenziyalar təqdim edilib. Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.