Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. İlk oyun günündə azarkeşlər 4 oyuna şahidlik ediblər
Günün ilk qarşılaşması Belçikada təşkil olunub. Yerli "Brügge" klubu doğma meydan İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşıb. Oyun İngiltərə təmsilçisinin 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda London klubu"Arsenal" Niderlandda PSV-ni darmadağın edib -1:7.
Günün mərkəzi qarşılaşması sayılan Madrid derbisində isə "Real" doğma meydanda "Atletiko"nu minimal fərqlə üstələyib. Oyun "Kral klubu"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Borussiya" (Dortmund, Almaniya) klubu isə doğma azarkeşlər önündə "Lill"in (Fransa) müqavimətini qıra bilməyib -1:1.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları bu gün keçiriləcək. .