Artıq dördüncü ildir ki, Formula 1-in gəlirləri sürətlə artmaqdadır. LEquipe-nin məlumatına görə, ötən ilin sonuna qədər dünya çempionatına ev sahibliyi etmək hüququna sahib olan «Liberty Media»nın gəliri 3,65 milyard dollara yüksəlib. Bu isə 2023-cü ilin göstəriciləri ilə müqayisədə 14 faiz artım deməkdir.
Əməliyyat mənfəəti 492 milyon dollara yüksəlib ki, bu da 2023-cü ilin analoji göstəricilərindən 100 milyon dollar çoxdur. Gəlirlərin 32,8 faizi televiziya hüquqlarının satışından, 29,3 faizi Qran-Prinin promouterlərindən və 18,6 fazi sponsorlardan əldə olunub.
Yarışa tamaşa edən azarkeşlərin sayında da böyük fərq hiss olunur. Ötən il bir Qran-Priyə orta hesabla 66 milyon tamaşaçı izləyib ki, ümumilikdə bu rəqəm 1,6 milyarda çatıb.