"Mançester Yunayted"in yeni hədəfi

"Mançester Yunayted"in yeni hədəfi

 

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado "Mançester Yunayted"in transfer etmək istədiyi futbolçular sırasında yer alıb. 21 yaşlı futbolçu baş məşqçisi Ruben Amorim tərəfindən çox bəyənilib. İngiltərə klubu Kasado üçün 80 milyon avro dəyərində ilkin təklif hazırlayıb. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, bir qol vurub və altı məhsuldar ötürmə edib.