"Neftçi" Premyer Liqada növbəti məğlubiyyətini "Kəpəz"dən aldı 

"Neftçi" Premyer Liqada növbəti məğlubiyyətini "Kəpəz"dən aldı 

Misli Premyer Liqasının XXV turun oyunlarına yekun vurulub. Tura "Kəpəz" və "Neftçi" komandalarının oyunu ilə yekun vurulub. 

Tovuz şəhər stadionunda təşkil olunan oyun "Kəpəz"in minimal hesablı qələbəsi ilə yekunlaşıb-1:0. Oyunda yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoev vurub. Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran Gəncə təmsilçisi 9-cu pillədə qərarlaşıb. "Neftçi" isə 27 xalla altıncı sıradadır.  

Xatırladaq ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.