Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir. Mərhələnin ikinci oyun günün ilk qarşılaşması Rotterdamda təşkil olunub. Niderlandın "Feyenoord" komandası doğma meydanda İtaliyanın "İnter" klubunu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb -0:2. Milan təmsilçisinin qollarını 38-ci dəqiqədə Türam, 50-ci dəqiqədə isə Martines vurub. Beləliklə, Simioni İnzaginin komandası cavab oyunu ərəfəsində üstünlük əldə edib.