Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Mərhələnin ikinci oyun günündə azarkeşlər daha dörd oyun izləyiblər. Günün ilk Oyununda Niderlandda baş tutub. Rotterdam təmsilçisi "Feyenoord" doğma meydanda İtaliyanın "İnter" klubuna 0:2 hesabı ilə məğlub olub. Gecənin ən maraqla gözlənilən oyunlarından biri Parisdə təşkil olunub. PSJ doğma azarkeşlər önündə İngiltərənin "Liverpul" klubunu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb -0:1. Günün digər oyununda İspaniyanın "Barselona" klubu Portuqaliyada "Benfika"ya minimal hesabla qalib gəlib. Kataloniya klubu ilk yarıda azlıqda qalmasına baxmayaraq İspaniyaya 1:0 hesablı qələbə ilə yollanıb. İki alman klubunun “Bavariya” - “Bayer 04” duelində isə meydan sahibləri 3:0 hesablı qələbəyə sevinib. Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-12-də keçiriləcək