Avropa Liqası: Türkiyənin yeganə təmsçilçisi növbəti sınağına çıxır

Avropa Liqası: Türkiyənin yeganə təmsçilçisi növbəti sınağına çıxır

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. Mərhələnin ilk oyunları çərçivəsində 8 qarşılaşma baş tutacaq. 

Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Şotlandiyanın “Reyncers” klubu ilə qarşılaşacaq. İtaliyanın “Roma” klubu evdə İspaniya “Atletik”ini, İspaniyanın “Real Sosyedad” komandası isə İngiltərənin “Mançester Yunayted” klubu ilə üz-üzə gələcək.  

Mərhələnin dörd oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Digər dörd qarşılaşma isə saat 00:00-da start götürəcək. 

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.

UEFA Avropa Liqası

1/8 final, ilk oyunlar

6 mart

21:45. AZ (Niderland) - “Tottenhem” (İngiltərə)

21:45. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

21:45. FCSB (Rumıniya) - “Lion” (Fransa)

21:45. “Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya)

00:00. “Viktoriya” (Çexiya) - “Latsio” (İtaliya)

00:00. “Budyo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan)

00:00. “Ayaks” (Niderland) - “Anderlext” (Belçika)

00:00. “Roma” (İtaliya) - “Atletik” (İspaniya)