İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Kataloniya təmsilçisi buna qitənin ən nüfuzlu klub turmirinin 1/8 final mərhələsində Portuqaliyanın "Benfika" klubu ilə oyunda nail olub. Belə ki, Hansi Flikin komandası turnirin tarixində ilk dəfə olaraq səfərdə 69 dəqiqə ərzində 10 nəfərlə oynamaqla qalib gələn ilk klub adını qazanıb. Oyunun 22-ci dəqiqəsində "Barselona" klubunun müdafiəçisi Pau Kubarsi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. Buna baxmayaraq Kataloniya klubu braziliyalı futbolçu Rafinyanın matçın 61-ci dəqiqəsində vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
"Barselona"dan Çempionlar Liqasında tarixi rekord
