Martın 12-də minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakıda təşkil olunacaq tədbirdən əvvəl komandaların yerləşəcəyi səbətlər bəlli olub. Dünya çempionatında iştirak edən 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb.
Püşkatma mərasiminin məkanı və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.