2025-ci ildə ABŞ-da keçiriləcək futbol üzrə klublararası dünya çempionatı nə qədər gəlir gətirəcəyi barədə ilkin rəqəmlər qeydə alınıb. "The Athletic" nəşrinə görə, FİFA-nın təxmini qazancı 2 milyard dollar ola bilər. İştirakçı komandalar üçün 1 milyard dollar nəzərdə tutulub.
Qeyd edək ki, turnirin ilk oyununda iyulun 15-də “İnter Mayami” Misirin “Əl Əhli” komandası ilə qarşılaşacaq. Yeni Zelandiyadan "Oklend Siti" Münhen "Bayern"i ilə üz-üzə gələcək.