Futbol üzrə Misli Premyer Liqasında XXVI tura start verilib. Turun ilk oyun günündə bir qarşılaşma təşkil olunub. “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Qarabağ”ı qəbul edib. Oyun Qurban Qurbanovun komandasının qələbəsi ilə başa çatıb - 1:3. “Araz-Naxçıvan”ın heyətində Felipe Santos (35) fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (44) və Leandro Andrade (77) və Emmanuel Addai (90+6) vurub.
Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üçüncü olan “Araz-Naxçıvan”ın isə 46 xalı var.