İngiltərə Premyer Liqasının 28-ci turun oyunları davam edir. “Liverpul” klubu tur çərçivəsində "Enfild"də “Sauthempton”u qəbul edib. Oyun "Leverpul" klubunun qələbəsi ilə başa çatıb – 3:1.
Beləliklə, 29 oyundan sonra çempionatın lideri “Liverpul”un 70 xalı var. Onun ən yaxın izləyicisi 54 xala malik “Arsenal”dır. London təmsilçisinin ehtiyatında iki oyun var. “Sauthempton” isə 28 xalla sonuncu pillədə qərarlaşıb.