İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçirilməsi olan "Barselona" - "Osasuna" oyunu təxirə salınıb. Bu gecə Bakı vaxtı ilə saat 12-də başlamalı olan oyun Kataloniya klubunun həkimi Karles Minaryo Qarsiyanın vəfatı səbəbindən başqa tarixdə keçiriləcək. Klub rəsmi bəyanat yayaraq, bu axşam dünyasını dəyişən həkimin vəfatından kədərləndiyini bildirib, şəxsin ailəsinə və yaxınlarına başsağlığı verib. Qəfil ölümdən şok keçirən futbolçu və məşqçi heyəti meydançaya çıxa bilməyəcəklərini bəyan ediblər.